...

Ötən həftə 1 527 hektar ərazi mina və PHS-lərdən təmizlənib

Cəmiyyət Materials 24 Noyabr 2025 14:22 (UTC +04:00)
Ötən həftə 1 527 hektar ərazi mina və PHS-lərdən təmizlənib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (17.11.2025-23.11.2025) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Trend-ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 199 piyada əleyhinə mina, 35 tank əleyhinə mina, 2464 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 527,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti