Bakı.Trend:
Cari il ərzində respublika ərazisində çoxmənzilli yaşayış binalarında 114 yanğın faktı qeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, sözügedən yanğınlar nəticəsində 6 nəfər həyatını itirib.
"40 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb",- qurumdan əlavə edilib.
Həmçinin qeyd edilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə yanğınların sayında 9 fakt, xəsarət alanların sayında isə 41 nəfər azalma qeydə alınıb, həyatını itirənlərin sayı isə analoji dövrlə müqayisədə eyni qalıb.
