Bakı. Trend:
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Avstriyaya ümumilikdə 88 milyon dollar dəyərində 177,5 min ton bitumlu süxurlardan əldə olunmuş neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40, 1 milyon ABŞ dolları və ya 1,8 dəfə çoxdur, həcm baxımından isə 91,6 min ton və ya 2,1 dəfə artımın olduğu anlamına gəlir.
Cari ilin ilk doqquz ayı ərzində Azərbaycandan Avstriyaya ümumilikdə 47,9 milyon dollar dəyərində 85,9 min ton bitumlu süxurlardan əldə olunmuş neft və neft məhsulları ixrac olunub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 10,9 milyard dollardan çox dəyərdə 20,8 milyon tona yaxın xam neft və neft məhsulları ixrac edib.
