...

Prezident İlham Əliyev: Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır

Siyasət Materials 24 Noyabr 2025 11:29 (UTC +04:00)
Prezident İlham Əliyev: Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır.

Trend xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində yer alıb.

Azərbaycan Prezidenti qeyd edib ki, beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir.

“İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti