...

Prezident İlham Əliyev: Türk dövlətlərinin artan potensialı çevik mexanizmlərin yaradılmasını zəruri edir

Siyasət Materials 24 Noyabr 2025 11:26 (UTC +04:00)
Prezident İlham Əliyev: Türk dövlətlərinin artan potensialı çevik mexanizmlərin yaradılmasını zəruri edir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir.

Trend xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, ilk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti