Bakı. Trend:
Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə məlumata əsasən, havanın temperaturu gecə 10 dərəcədən 13 dərəcəyədək, gündüz 15 dərəcədən 18 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5 dərəcədən 10 dərəcəyədək, gündüz 17 dərəcədən 21 dərəcəyədək , dağlarda gecə 3 dərəcədən 8, gündüz 13 dərəcədən 18 dərəcəyədək olacaq.
