...

“Ümid” yatağının kəşfindən 15 il ötür

İqtisadiyyat Materials 24 Noyabr 2025 15:31 (UTC +04:00)
“Ümid” yatağının kəşfindən 15 il ötür
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Ümid” yatağının kəşfindən 15 il ötür.

Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.

"Ümid" Azərbaycanın müstəqillik dövründə kəşf edilən ilk qaz-kondensat yatağıdır.

Yataqdan 01.11.2025-ci il tarixinədək hasilat: təqribən 12,7 milyard kubmetr qaz və 1,9 milyon ton kondensat.
Yataqdan sutkada orta hesabla hasilat: 7 milyon kubmetrə yaxın qaz və 0,8 min ton kondensat.

“Ümid” adını doğruldaraq Azərbaycanın enerji̇ təhlükəsizliyinə güc qatmağa davam edir", - paylaşımda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti