...

Moskvada "Çeryomuşki" çörək zavodunda yanğın baş verib

Dünya xəbərləri Materials 25 Noyabr 2025 01:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moskvada "Çeryomuşki" çörək zavodundan yanğın başlayıb.

Trend xəbər verir ki, yanğın 100 kvadratmetr sahəni, o cümlədən avadanlıqları və ventilyasiya şaxtasını əhatə edib.

Məlumata görə, zavod Rusiya paytaxtının əsas çörək və un məmulatları istehsalçılarından biridir. Müəssisənin Moskva bazarındakı payı təxminən 10 faiz təşkil edir və ölkədə sahəsi üzrə ən böyük 10 zavoddan biridir.

Yanğın artıq söndürülüb, xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti