Bakı. Trend:
İranın xarici işlər naziri Abbas Əraqçi bu həftə fransalı həmkarı Jan-Noel Barro ilə danışıqlar aparmaq üçün Parisə səfər edəcək.
Trend xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlayıb.
Səfərin fransalı nazirin dəvəti ilə baş tutacağı bildirilib. Gündəmdə yalnız ikitərəfli münasibətlər, o cümlədən məhbus mübadiləsi məsələləri olacaq.
