...

Şırnakda ağır yol qəzası baş verib

Dünya xəbərləri Materials 24 Noyabr 2025 22:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Şırnak vilayətində ağır yol qəzası baş verib.

Trend xəbər verir ki, Silopi rayonunda yanacaqdaşıyan maşın tələbələrin olduğu avtobusla toqquşub.

Hadisə nəticəsində avtobus sürücüsü və 13 tələbə yaralanıb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma başlanıb.

Xəbər lenti

Xəbər lenti