...

2000 illik ülgüc hərraca çıxarılacaq

Dünya xəbərləri Materials 24 Noyabr 2025 16:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada təxminən 2000 illik tarixi olan nadir Roma ülgücü hərraca çıxarılacaq.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, eksponat təxminən doqquz santimetr uzunluğunda, barmaq üçün dəliyi olan dəmir ülgücdən ibarətdir. Onu kəmərə keçirmək rahat olduğundan qədim Romalı bərbərlər tərəfindən geniş istifadə olunurdu.

Qədim predmeti “çəkic altına” çıxaracaq “Hansons” hərrac evinin məlumatına görə, bu ülgüc Qədim Romada şəxsi qulluq mədəniyyətini əks etdirir. Həmin dönəmlərdə zəngin romalılar üçün tam qırxılmış üz zərifliyin və şəhər davranış qaydalarına riayət etməyin göstəricisi sayılırdı.

Bəzi məşhur romalılar saqqallı təsvir edilsələr də, erkən dövrə aid heykəllərin və büstlərin əksəriyyəti onları tam qırxılmış halda göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti