...

Sumqayıtda polis əməliyyatı: 28 kq marixuana aşkarlanıb, 2 nəfər saxlanılıb (VİDEO)

Hadisə Materials 24 Noyabr 2025 16:59 (UTC +04:00)
Sumqayıtda polis əməliyyatı: 28 kq marixuana aşkarlanıb, 2 nəfər saxlanılıb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Turan Əhmədzadə və tanışı 25 yaşlı Orxan Abdullayev saxlanılıblar.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, onlardan ümumilikdə 28 kiloqram 200 qram tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb. Narkotiklərin dövriyyəsində T.Əhmədzadə və O.Abdullayevlə əlbir olan digər şəxslərin də müəyyən olunması istiqamətində əməliyyatlar davam etdirilir.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti