...

Qarabağ və Şərqi Zəngəzurda tikinti-quraşdırma işlərinə sərf edilən vəsait məlum olub

İqtisadiyyat Materials 24 Noyabr 2025 17:11 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurda tikinti-quraşdırma işlərinə sərf edilən vəsait məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə əsas kapitala 3,247 milyard manat investisiya yönəldilib.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 486,5 milyon manat və ya 13% azdır.

Məlumata əsasən, sözügedən zona üzrə əsas kapitala yönəldilmiş investisiyaların 3,191 milyard manatı tikinti-quraşdırma işlərinə sərf edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 495,5 milyon manat və ya 13,4% azalma deməkdir.

Dövr ərzində tikinti-quraşdırma işləri üzrə investisiyaların həcmi Ağdam rayonunda 432,7 milyon manat, Şuşa rayonunda 276,6 milyon manat, Füzuli rayonunda 214, 1 milyon manat, Xankəndi şəhərində 144,9 milyon manat, Xocalı rayonunda 81,7 milyon manat, Xocavənd rayonunda 75,3 milyon manat, Ağdərə rayonunda 37,7 milyon manat, Tərtər rayonunda 20,2 milyon manat, Bərdə rayonunda 11,6 milyon manat, Ağcabədi rayonunda 9,1 milyon manat təşkil edib.

Eyni zamanda bu ilin yanvar-sentyabr aylarında Şərqi Zəngəzur iqtisadi rayonunda əsas kapitala yönəldilmiş investisiyalardan tikinti-quraşdırma işlərinə 1,887 milyard manat investisya yönəldilib. Sözügedən sahə üzrə investisiyaların həcmi Kəlbəcər rayonunda 781,4 milyon manat, Zəngilan rayonunda 345,7 milyon manat, Laçın rayonunda 324 milyon manat, Cəbrayıl rayonunda 223,7 milyon manat, Qubadlı rayonunda isə 212,4 milyon manata bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında ümumi respublika üzrə əsas kapitala yönləndirilmiş investisiyaların həcmi 13,048 milyard manat olub ki, bu sərmayələrin 10,3 milyard manatını tikinti-quraşdırma işlərinə sərf edilən investisiyalar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti