Bakı. Trend:
Hind aktyoru və siyasətçi Dharmendra (əsl adı - Dharmendra Keval Krişan Deol -red.) 90 yaşında dünyasını dəyişib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hind kinokorifeyin rəsmi ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, Dharmendra noyabrın 7-də Mumbayda yerləşən xəstəxanaya yerləşdirilmişdi. O, tənəffüslə bağlı çətinliklərdən şikayət edirdi. Sonradan sənətçi xəstəxanadan evə buraxılmışdı.
Dharmendra kinoda ilk dəfə 1960-cı ildə debüt edib. Onun filmografiyasında təxminən 300 rol var. O, “Qisas və Qanun”, “Sevməkdən Qorxma”, “Roki və Rani. Sevgi hekayəsi”, “Zita və Gita”, “Əziz Raca” kimi bədii filmlərdə ol alıb.
