...

Ağdamda mübahisə bıçaqlanma ilə nəticələndi

Hadisə Materials 24 Noyabr 2025 18:25 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda həmyerlilər arasında başlayan mübahisə qanla nəticələnib.

Trend-in yerli müxbirinin xəbərinə görə, rayonun Zəngişalı kəndində baş verən hadisə zamanı Baxşəliyev Teymur Həsən oğlu həmyerlisi Cabbarov Sahib Camal oğlu ilə mübahisə edib.

Belə ki, T.Baxşaliyev Əsəblərinə hakim olmayıb S.Cabbarova bıçaq xəsarəti yetirib.

Yaralı S.Cabbarov Bərdə Diaqnostika Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti