Bakı. Trend:
Azərbaycanın bank sektoru dayanıqlı və yaşıl layihələrin inkişafına təkcə 2025-ci ilin birinci yarısında 330 milyon manat (öhdəliyin 17%-i) ayırıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun “Central Banking” onlayn jurnalında “COP29-dan sonrakı dövrdə dayanıqlılığın təşviqi” mövzusunda dərc olunmuş məqaləsində bildirilib.
Bildirilib ki, COP29-da ölkənin bank sektoru 2030-cu ilə qədər “dayanıqlı maliyyə öhdəliyi” təşəbbüsünü elan edib: “Bu öhdəlik çərçivəsində Azərbaycanın bank sektoru 2030- cu ilə qədər dayanıqlı və yaşıl layihələrin inkişafı üçün iki milyard manat (1,2 milyard ABŞ dolları) həcmində vəsaiti səfərbər etdiyi bəyan edib. Qeyd etmək lazımdır ki, təkcə 2025-ci ilin birinci yarısında artıq 330 milyon manat (öhdəliyin 17%-i) ayrılıb”. B
“Bu əhəmiyyətli investisiya Azərbaycan banklarının təkcə iqtisadi məsuliyyətlərini yerinə yetirmək deyil, habelə ətraf mühitin dayanıqlılığı və sosial məsuliyyət üzrə öhdəliklərini qəbul etmək əzmini nümayiş etdirir”, - məqalədə qeyd edilib.
