Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə növbəti təmizlik aksiyası keçirilib.
Rayon Mənzil Kommunal Təsərrüfat İdarəsinin texnikası ilə əsas küçə və prospektlər, yaşayış binaları bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulub.
İdarənin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, park və istirahət yerlərində oturacaqların, idman qurğularının yuyulması həyata keçirilib.
Magistral yol və prospektlərin kənarlarındakı ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, suvarılamsı təmin edilib. Genişmiqyaslı təmizlik aksiyası mütəmadi olaraq davam etdiriləcək.