Bakı. Trend:
Çin sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Trend xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Bildirilib ki, Si Cinpin söhbət zamanı Çin-ABŞ münasibətlərinin ümumilikdə sabit qaldığını və 30 oktyabrda Busanda keçirilən görüşdən sonra daha da yaxşılaşdığını vurğulayıb.
O, həmçinin Ukraynada sülhə nail olmaq üçün göstərilən bütün səyləri dəstəklədiyini qeyd edib.
