Bakı.Trend:
Ukraynadakı münaqişənin dayanıqlı həlli bütün tərəfləri qane edəcək danışıqlar bazasının yaradılması halında mümkündür.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Razılaşma o zaman mümkün olacaq ki, (Donald Trampın) planı tərəflərin qanuni gözləntilərini və təhlükəsizlik ehtiyaclarını təmin etsin və yeni qeyri-sabitliyə səbəb olmasın. Biz hesab edirik ki, danışıqlara başlamaq üçün razılaşdırılmış məsələlər və pozitiv gündəm olduğu təqdirdə kompromis mümkündür”,- deyə Türkiyə lideri bildirib.
Ərdoğan qeyd edib ki, ABŞ tərəfindən təklif olunan sülh planı münaqişənin dayanıqlı şəkildə həlli üçün əsas ola bilər, lakin bunun üçün əlavə işə ehtiyac var.
