...

Çexiya XİN vətəndaşlarına Venesuelanı tərk etməyi tövsiyə edib

Dünya xəbərləri Materials 25 Noyabr 2025 00:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyanın Xarici İşlər Nazirliyi vətəndaşlarına Venesuelanı tərk etməyi tövsiyə edib.

Trend xəbər verir ki, məlumatı “ČTK” xəbər agentliyi yayıb.

Bildirilib ki, ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) xəbərdarlığından sonra əksər aviaşirkətlər bölgədə hərbi fəaliyyətin artması səbəbilə Karakasa uçuşları ləğv edib. “Çexiya vətəndaşlarına bütün mövcud vasitələrdən istifadə edərək mümkün qədər tez Venesuelanı tərk etməyi tövsiyə edirik”, – XİN-in müraciətində deyilir.

Qeyd olunur ki, müxtəlif ölkələrdən çox sayda aviaşirkət artıq Venesuelaya uçuşları dayandırıb.

Xəbər lenti

Xəbər lenti