Bakı. Trend:
Nigeriyanın Milli Narkotiklərlə Mübarizə Agentliyi (NDLEA) altı gün ərzində doqquz şübhəli narkotik qaçaqmalçısını həbs edib və gizli anbarlardan 9 tondan çox qanunsuz maddə müsadirə edib.
Trend xəbər verir ki, bu barədə məlumatı "Nation Nigeria" yayıb.
Bildirilir ki, əməliyyatlar 17-22 noyabr tarixləri arasında aparılıb və bu müddət ərzində hüquq-mühafizə orqanlarının əməkdaşları altı böyük sindikatı zərərsizləşdirib. Əməliyyatlar hava limanlarında, magistral yollarda, anbarlarda, bazarlarda və onlayn platformalarda həyata keçirilib.
Koqi və Kross-River ştatlarında keçirilən əməliyyatlar zamanı 4,7 ton kannabis, kokain, opioid həbləri və digər narkotik maddələr müsadirə olunub.
