...

Taylandın cənubunda musson yağışları kütləvi fəlakətə səbəb olub

Dünya xəbərləri Materials 24 Noyabr 2025 23:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənub-Şərqi Asiyada şiddətlənən musson yağışları Taylandın cənub əyalətlərində daşqınlara və torpaq sürüşmələrinə yol açıb.

Trend xəbər verir ki, günlərlə davam edən güclü yağış səbəbilə bölgədə fövqəladə vəziyyət elan olunub.

Taylandın Fəlakətlərin Qarşısının Alınması və İdarə Edilməsi Departamenti (DDPM) daşqın və torpaq sürüşmələrinin 10 əyalətdə 719.000 fərdi təsərrüfata və 1.917.000-dən çox insana təsir etdiyini açıqlayıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, fəlakətlər nəticəsində azı 18 nəfər həlak olub, 12 nəfər yaralanıb, bir nəfər isə itkin düşüb.

Ölkənin bir çox bölgəsində nəqliyyat tamamilə iflic olub. Elektrik enerjisi və internet kəsintiləri vəziyyəti daha da çətinləşdirib, təchizat problemləri yaşayan sakinlər sosial mediada kömək istəyiblər.

Xəbər lenti

Xəbər lenti