Bakı. Trend:
Bazar kapitallaşması baxımından ikinci ən böyük kriptovalyuta olan “Ethereum”un qiyməti 4%-dən çox artıb.
Trend bu barədə "Binance" platformasına istinadən məlumat verir.
“Binance”ın məlumatına görə, Bakı vaxtı ilə saat 21:20-də “Ethereum”un qiyməti 3,13% artaraq 2 876 dollara çatıb. Saat 21:26-ya qədər kriptovalyuta daha da yüksələrək 2 905 dollara (4,09% artım) qalxıb. Bu arada, Bitkoinin qiyməti 1,06% artaraq 87 694 dollara çatıb.
Qeyd edək ki, “Ethereum” bütün zamanların ən yüksək səviyyəsinə 24 avqust 2025-ci ildə çataraq 4 956,78 dollara yüksəlib.
