Bakı. Trend:
2025-ci ilin yanvar-iyul ayları ərzində DSMF-nin xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 375,0 mln. manat və ya 9,4% artıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Məlumata görə xərclərin 96,7%-ni əhaliyə ödənişlər təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,6% artmışdı. Bu artım 409,7 milyon manat təşkil edib və bu xərclərin 96,9%-ni əhaliyə ödənişlər təşkil edib.
