Bakı. Trend:
Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Homs əyalətinin sakinlərinə qarşı baş vermiş son hücumlarda iştirak etməkdə şübhəli bilinən təxminən 120 nəfəri saxlayıb.
Trend xəbər verir ki, bu barədə Ərəb Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nurəddin əl-Baba məlumat verib.
Onun sözlərinə görə, saxlanılan şəxslərin mülki əhaliyə qarşı hücumlarda iştirak etdikləri ehtimal olunur və araşdırmalar davam etdirilir.
