...

Premyer Liqa: "Everton" "Mançester Yunayted"i məğlub edib

İdman Materials 25 Noyabr 2025 04:30 (UTC +04:00)
Premyer Liqa: "Everton" "Mançester Yunayted"i məğlub edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulub.

Trend xəbər verir ki, "Mançester Yunayted" ev oyununda "Everton"u qəbul edib.

Qarşılaşma qonaqlar üçün çətin başlayıb, lakin "Everton" 13-cü dəqiqədə qırmızı vərəqə ilə azlıqda qalsa da, matçı 1:0 hesabı ilə qələbə ilə başa vurub.

Matçın yeganə qolunu 29-cu dəqiqədə "Everton"un futbolçusu Kirnan Dyuzberi Holl vurub.

Hazırda hər iki komandanın xalı 18-dir. "Mançester Yunayted" turnir cədvəlində 10-cu, "Everton" isə 11-ci pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti