...

Rumıniyada 17 milyon müddəti bitmiş COVID peyvəndi məhv edilib

Dünya xəbərləri Materials 25 Noyabr 2025 08:02 (UTC +04:00)
Rumıniyada 17 milyon müddəti bitmiş COVID peyvəndi məhv edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniya hakimiyyəti 17 milyon müddəti başa çatmış koronavirus peyvəndini məhv edib.

Trend xəbər verir ki, bu barədə "G4Media" məlumat yayıb.

Bildirilir ki, pandemiya dövründən bəri ölkədə peyvəndlərə ictimai maraq çox aşağı səviyyədə olub və hazırda Rumıniyada COVID əleyhinə peyvənd əldə etmək mümkün deyil.

Səhiyyə Nazirliyi peyvənd istehsalçıları ilə danışıqlar apardığını, o cümlədən qeydiyyat şəhadətnaməsinin alınması və dərmanların apteklər vasitəsilə satışına dair növbəti addımların müəyyən edildiyini açıqlayıb.

Xəbər lenti

Xəbər lenti