Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəni maliyyələşdirməyi dayandırıb, lakin Vaşinqton NATO üzv ölkələrinə silah göndərməyə davam edir.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News"a müsahibəsində bildirib.
O qeyd edib ki, ABŞ hələ də NATO-ya əhəmiyyətli miqdarda silah göndərir və satır, lakin bunu əbədi etmək mümkün deyil. Livitt əlavə edib ki, Prezident Tramp müharibənin tezliklə bitməsini istəyir.
Ağ Ev rəsmisi bildirib ki, Tramp nikbin və ümidlidir və Ukraynada müharibəyə son qoymaq üçün tezliklə razılıq əldə olunacağını gözləyir. Cenevrə danışıqlarından sonra razılaşdırılmalı yalnız bir neçə məqam qalıb.
