...

“Qarabağ” bu gün Çempionlar Liqasında “Napoli” ilə qarşılaşacaq

İdman Materials 25 Noyabr 2025 09:00 (UTC +04:00)
“Qarabağ” bu gün Çempionlar Liqasında “Napoli” ilə qarşılaşacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ” növbəti oyununa çıxacaq.

Trend xəbər verir ki, Azərbaycan təmsilçisi İtaliyanın “Napoli” klubu ilə qarşılaşacaq.

Görüş “Stadio Diego Armando Maradona” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu dekabrın 10-da öz meydanında “Ayaks” klubuna qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi 4 görüşdən sonra yeddi xalla 15-ci pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti