...

İndoneziya düyü idxalını qadağan edib

Dünya xəbərləri Materials 25 Noyabr 2025 08:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziya prezidenti ölkəyə düyü idxalının qadağan olunduğunu açıqlayıb.

Trend xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı naziri Andi Amran Suleyman məlumat verib.

Nazir bildirib ki, ölkədə düyü ehtiyatı kifayət qədərdir və 2025-ci ildə istehsalın 34,8 milyon ton olacağı proqnozlaşdırılır. Buna görə İndoneziya artıq idxala ehtiyac duymur.

Nazir həmçinin vurğulayıb ki, hökumət qeyri-qanuni yollarla idxal cəhdlərinin qarşısını tam şəkildə alacaq. Qadağanın təsiri artıq dünya düyü bazarında özünü göstərib; Vyetnam və Tailand düyüsünün qiymətində ucuzlaşma müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti