...

ABŞ-də böyük dalğa üç nəfəri batırıb

Dünya xəbərləri Materials 25 Noyabr 2025 07:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kaliforniyanın Biq-Sur çimərliyində altı metrlik dalğa iki qadını və bir kişini okeana sürükləyib.

Trend "Los Angeles Times" qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı qadınlar öz gücləri ilə sahilə çıxmağı bacarıb və daha sonra xəstəxanaya yerləşdiriliblər. Kişi isə hələ də itkin hesab olunur.

ABŞ Meteorologiya Xidməti xəbərdarlıq edərək bildirib ki, dalğalar gözlənilmədən çimərliyi adi haldan daha uzağa, o cümlədən qayalar və körpülər istiqamətində yuya bilər.

Park nümayəndəsinin sözlərinə görə, Sahil Mühafizəsinin helikopteri okeanda cəsədə bənzər bir obyekt aşkarlasa da, qısa müddət sonra onu gözdən itirib və axtarışlar davam edir.

Xəbər lenti

Xəbər lenti