...

Aqroparkın rezidenti kimi qeydiyyata alınmaq üçün bu qədər investisiya tələb olunacaq

Cəmiyyət Materials 25 Noyabr 2025 10:00 (UTC +04:00)
Aqroparkın rezidenti kimi qeydiyyata alınmaq üçün bu qədər investisiya tələb olunacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata alınması üçün tələb olunan investisiyanın minimal həddi müəyyənləşib.

Trend-in məlumatına görə, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu hədd ərizəçi tərəfindən aqroparkın rezidenti kimi qeydiyyata alınmaq üçün təqdim edilən investisiya layihəsinin (biznes planın) qiymətləndirilməsi ilə bağlı aqroparkda qoyulacaq investisiyanın həcminin minimal həddini müəyyən edəcək.

Hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata alınmaq üçün tələb olunan investisiyanın minimal həddi:

Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə:

  • birillik əkinlər və yem bitkiləri, o cümlədən tərəvəzçilik təsərrüfatı üçün – hər hektara görə 5000 (beş min) manat;
  • tingçilik təsərrüfatı – hər hektara görə 140 000 (yüz qırx min) manat;
  • çoxillik əkmələr (o cümlədən sosial bağçılıq) üçün – hər hektara görə 15 000 (on beş min) manat;
  • örtülü sahələr (istixanalar) üçün – hər hektara görə 900 000 (doqquz yüz min) manat;
  • innovativ bitkiçilik üçün – hər hektara görə 100 000 (yüz min) manat.
  • südlük istiqamətli müasir iribuynuzl u heyvandarlıq kompleksi üçün – 4 000 000 (dörd milyon) manat;
  • ətlik istiqamətli müasir iribuynuzlu heyvandarlıq kompleksi üçün – 3 000 000 (üç milyon) manat;
  • müasir xırdabuynuzlu heyvandarlıq kompleksi üçün – 2 000 000 (iki milyon) manat;
  • müasir quşçuluq təsərrüfatı üçün 2 500 000 (iki milyon beş yüz min) manat;
  • müasir balıqyetişdirmə təsərrüfatı üçün 500 000 (beş yüz min) manat.

Kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üçün – dövlət aqroparkına münasibətdə 300 000 (üç yüz min) manat, özəl aqroparka münasibətdə 5 000 000 (beş milyon) manat.

Hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata alınmaq üçün təqdim etdikləri investisiya layihəsi (biznes plan) üzrə aqroparkda qoyulacaq investisiyanın həcmi müvafiq istiqamətlər üzrə müəyyən edilmiş minimal həddə uyğun olmalıdır.

Məlumat üçün bildirək ki, qərar sentyabrın 26-da qəbul edilib, noyabrın 20-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, noyabrın 21-də qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti