...

2050-ci ildə bugünkü səviyyədən təxminən 10% daha çox enerji lazım olacaq - bp

Energetika Materials 25 Noyabr 2025 10:58 (UTC +04:00)
2050-ci ildə bugünkü səviyyədən təxminən 10% daha çox enerji lazım olacaq - bp
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mövcud enerji tələbatı trayektoriyasına baxsaq, 2050-ci ildə bugünkü səviyyədən təxminən 10% daha çox enerji lazım olacaq.

Trend xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Ciovanni Kristofoli bu gün Bakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransında deyib.

O vurğulayıb ki, dünyanın bu regionun məhsuluna ehtiyacı var:

"Dünyanın karbohidrogenlərə tələbatı davam edir. Yaxınlarda bp “Energy Outlook” hesabatını dərc edib. Mövcud enerji tələbatı trayektoriyasına baxsaq, 2050-ci ildə bugünkü səviyyədən təxminən 10% daha çox enerji lazım olacaq. Bu enerjinin təxminən yarısını yenə də neft və qaz təşkil edəcək. Hətta temperatur artımının 2 dərəcədən aşağı saxlanıldığı ssenaridə belə, enerji tələbatı bugünkü səviyyənin təxminən üçdə ikisi qədər qalır və bu tələbatın üçdə biri yenə də neft və qaz olacaq".

"Yəni reallıq odur ki, biz hələ onilliklər boyu karbohidrogenlərə ehtiyac duyacağıq. Bu səbəbdən də regionun inkişaf etməsi və geniş coğrafiya üçün enerji mərkəzi kimi fəaliyyətini davam etdirməsi vacibdir", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti