...

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə əməliyyat keçirilib

Cəmiyyət Materials 25 Noyabr 2025 11:49 (UTC +04:00)
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə əməliyyat keçirilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat aparıb.

Trend xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən azadlıqda olarkən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində su nasosu mühərrikinin arxasında gizlədilmiş ümumi çəkisi 181,14 qram qurudulmuş marixuana və 3 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti