Bakı.Trend:
Masallı rayonunun Əhmədli kəndində yerləşən tam orta məktəbin təbii qazla təmin edilməsi üçün çəkilmiş yeni qaz xəttinin mövcud polietilen xəttə birləşdirilməsi nəzərdə tutulur.
Trend xəbər verir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən 26 noyabr 2025-ci il tarixdə, saat 10:00-dan işlər başa çatanadək Təklə, Ləngan, Stansiya Masallı, Xoşçobanlı və Sığıncaq kəndləri üzrə ümumilikdə 1800 abonentin qaz təchizatı dayandırılacaq.
Həmçinin Cəlilabad şəhərinin Azərbaycan küçəsində yerləşən qeyri-yaşayış sahəsinin qazlaşdırılması məqsədilə çəkilmiş yeni qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır. Bununla əlaqədar H. Əliyev prospekti, Azərbaycan küçəsinin bir hissəsi, Azərtürk, Cavadxan, Şəhriyar, N. Nərimanov, Q. İsmayılov, 8 Mart, M. F. Axundov, M. Ə. Sabir, Babək, Ş. Qurbanov, H. Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Füzuli, V. Niftullayev, D. Qorqud, V. Mürsəlov və S. Vurğun küçələr də daxil olmaqla ümumilikdə 3200 abonentin qaz təchizatı həmin gün saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılacaq.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik.
