...

Azərbaycan ilə Özbəkistan arasında elm və innovasiya sahəsində Anlaşma Memorandumu imzalanıb (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2025 12:15 (UTC +04:00)
Azərbaycan ilə Özbəkistan arasında elm və innovasiya sahəsində Anlaşma Memorandumu imzalanıb (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistanın İnnovativ İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Naziri Emin Əmrullayev sosial media hesabında paylaşım edib.

"Daşkənd şəhərində keçirilən “QS Avrasiya Forumu 2025” çərçivəsində Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Sardor Rəcəbov ilə görüşümüzdə iki ölkə arasında elm, ali təhsil və innovasiyalar sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri ətrafında danışdıq.

Görüş çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistanın İnnovativ İnkişaf Agentliyi arasında imzalanan Anlaşma Memorandumu elm və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək", - paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti