...

Bu gündən Bakının və Abşeronun bəzi ərazilərində su 5 günlük fasiləylə veriləcək

Gündəm Materials 25 Noyabr 2025 12:17 (UTC +04:00)
Bu gündən Bakının və Abşeronun bəzi ərazilərində su 5 günlük fasiləylə veriləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın dörd rayonu və Xırdalan şəhərinin bəzi ərazilərində suyun verilişində fasilələr yaranacaq.

Trend xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.

Bildirilir ki, əhalinin su təminatının yaxşılaşdırılması ilə bağlı Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının artırılması məqsədilə görüləcək işlər çərçivəsində 25-29 noyabr tarixlərində Xəzər, Yasamal, Sabunçu, Xətai, Abşeron rayonlarının, Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilmə rejimlərində dəyişiklik ediləcək, bununla bağlı su təchizatında müvəqqəti fasilələr yaranacaq.

Magistral su kəməri üzərində aparılacaq təmir-bərpa işləri yay aylarında yarana biləcək su çatışmazlığının qarşısının alınması istiqamətində icra olunan davamlı tədbirlərdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti