Bakı. Trend:
Xavi Alonsonun "Real"dakı durumu ürəkaçan deyil. Komandadakı bəzi oyunçular arasında ondan narazılığın artdığı barədə şayiələr yayılıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Alonso hətta "Real"dan ayrılaraq “Liverpul”u çalışdırmağa hazırdır.
O, özü də Madrid klubunda qalmaq istəmir.
"Liverpul"un baş direktoru Maykl Edvards uzun müddətdir ki, Alonsonun gördüyü işi yüksək qiymətləndirir və Yurgen Kloppun yerinə onu əsas namizədlərdən biri hesab edirdi.
"Liverpul"un baş məşqçisi Arne Slotun komandanın zəif nəticələrini düzəltmək üçün yanvar ayına qədər vaxtı var. Vəziyyət belə davam edərsə, Alonsonun bu dəfə Premyer Liqada məşqçi kimi yer alması mümkündür.