...

Azərbaycan və Pakistan arasında qarşılıqlı investisiya axınlarının artırılması müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 25 Noyabr 2025 13:41 (UTC +04:00)
Azərbaycan və Pakistan arasında qarşılıqlı investisiya axınlarının artırılması müzakirə olunub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Pakistan arasında qarşılıqlı investisiya axınlarının artırılması müzakirə olunub.

Trend xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında paylaşım edib.

"Pakistan İslam Respublikasına səfərimiz çərçivəsində Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşməkdən məmnun olduq. Neft-qaz sektoruna sərmayələr də daxil olmaqla, qarşılıqlı investisiya axınlarının artırılması, birgə layihələrin təşviqi və biznes dairələri arasında əməkdaşlığın fəal dəstəklənməsi barədə fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti