...

Yaponiyada güclü zəlzələ olub

Dünya xəbərləri Materials 25 Noyabr 2025 14:18 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın cənub-qərbində 5,5 bal gücündə zəlzələ olub.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanın episentri 680 minə yaxın insanın yaşadığı Kumamoto şəhərindən 38 kilometr şərqdə qeydə alınıb. Yeraltı ocağı isə 22 kilometr dərinlikdə olub.

Dağıntılar və ya zərərçəkənlər barədə məlumat yoxdur. Sunami həyəcanı elan olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti