Bakı. Trend:
Filippin sahillərində güclü zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, 5,7 maqnitudalı zəlzələnin episentri 105 minə yaxın əhalisi olan Mati şəhərindən 66 kilometr cənub-şərqdə olub. Yeraltı təkanın yeraltı ocağı isə 72 kilometr dərinlikdə qeydə alınıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.
