Bakı. Trend:
İranın paytaxtı Tehranda hava çirklənməsinin təxminən 22 %-i motosiklet istifadəsindən qaynaqlanır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tehran Şəhər Şurasının sədri Mehdi Çamran açıqlama verib.
Çamran bələdiyyə sessiyasında bildirib ki, çirkliliyin azaldılması üçün motosikletlərin elektrik modellərinə keçirilməsi vacibdir.
O əlavə edib ki, Tehranda 4 milyondan çox motosiklet var və onların 92 %-i köhnə modeldir.