Bakı. Trend:
Böyük Britaniya hökuməti Çindən idxal olunan bioloji dizel yanacağına antidempinq rüsumları tətbiq edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Biznes və Ticarət Nazirliyinin bəyanatında qeyd olunub.
Bildirilib ki, Çin şirkəti “Zhuoyue Group” və onunla əməkdaşlıq edən ixracatçılar üçün rüsumlar 14,79%, digər bütün tərəflər üçün isə 54,64% səviyyəsində müəyyən edilib.
Bu qərar yerli istehsalçılara, o cümlədən “Argent Energy” və “Olleco” şirkətlərinə ziyan vuran ədalətsiz ticarət təcrübələrinin aşkarlanmasından sonra Britaniya tənzimləyicisi tərəfindən qəbul olunub. Qərar beş il müddətində qüvvədə olacaq.
