...

Azərbaycan ərazisində bu miqrantların müvəqqəti yaşamaq icazəsi ləğv edilməyəcək

Cəmiyyət Materials 25 Noyabr 2025 14:36 (UTC +04:00)
Azərbaycan ərazisində bu miqrantların müvəqqəti yaşamaq icazəsi ləğv edilməyəcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda onlara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir.

Bu barədə Trend-in sorğusuna əsasən Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bu hal yüksəkixtisaslı miqrantlara şamil edilmir.

Həmçinin bildirilib ki, 2025-ci ilin oktyabr ayı ərzində 8694 müvəqqəti yaşama icazəsinin alınması (uzadılması), 407 daimi yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti