...

bp AÇG yatağında hasilatın artırılması üzrə planlarını açıqlayıb

İqtisadiyyat Materials 25 Noyabr 2025 15:35 (UTC +04:00)
bp AÇG yatağında hasilatın artırılması üzrə planlarını açıqlayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı üzrə əsas prioritetlərimizdən biri həm qısamüddətli, həm də uzunmüddətli planları nəzərə alaraq hasilatı artırmaqdır.

Bunu Trend-ə açıqlamasında bp şirkətinin AÇG sahəsinin işlənməsi üzrə meneceri Əfqan Hüseynov bu gün Bakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransı çərçivəsində deyib.

O bildirib ki, bp-nin AÇG üçün xüsusi planları var: "Bunlardan ən əsası texnologiyaların tətbiqidir. Yeni texnologiyaları nəzərə alsaq, artıq horizontal quyuların qazılmasına başlanılıb. Bu quyular yatağın bəzi yerlərində 1 km-dən dərin olacaq. Ümumiyətlə, hədəfimiz yerdə qalan platformalarda yeni quyu imkanlarını artırmaqdır. Yəni əsas məqsədimiz AÇG yatağında yerdə qalan neftin hasilatını təşkil etməkdir".

Ə. Hüseynov vurğulayıb ki, gələcəkdə AÇG yatağının bir neçə milyard barel hasilat potensialı var: "Beynəlxaq şirkət olaraq ölkədə bu hasilat potensialını reallaşdırmağa çalışırıq. Bu hasilatın yerinə yetirilməsində isə yeni texnologiyaların tətbiqi zəruri olacaq. bp olaraq yeni texnologiyalardan istifadəni öhdəlik götürmüşük. “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının maksimum hasilat potensialının yerinə yetirilməsində əlimizdən gələni edəcəyik".

bp rəsmisi qeyd edib ki, gələcək illərdə AÇG yatağında hasilatın ümumi azalma tempini 3-5% səviyyəsində saxlamağa hədəfləyiblər: "Bu çox böyük nailiyyət olar. Ümumilikdə, AÇG yatağında 160 işlək quyumuz var. Onların hasilatını suvurma, qazvurma üsulu ilə artırmağa çalışırıq. Bundan başqa, qabaqcıl texnologiyaların tətbiqi ilə yeni quyuların qazılmasına çalışırıq".

"AÇG yatağı ilə bağlı müəyyən çətinliklər mövcuddur. Yataq 30 ildir hasilatdadır. Düşünürük ki, yeni texnologiyaların tətbiqi ilə yatağın hasilatını artıra bilərik. Bundan sonra hələ yatağın ən azı onilliklərlə potensialı var.

bp şirkətinin AÇG yatağı ilə bağlı növbəti 5 ildə yeni texnologiyaların tətbiqi üzrə pilot layihərlə bağlı böyük planları var. Yaxın 5 ildə yataqda yeni texnologiyaların tətbiqində maraqlıyıq.

Ümumilikdə, bp olaraq əsas prioritetimiz AÇG yatağından maksimum hasilatın əldə edilməsi, yaxın illərdə yatağda hasilat tempinin aşağı düşməsini nəzarətdə saxlamaqdır", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti