Bakı. Trend:
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Bu barədə Trend-ə AFFA-dan məlumat verilib.
Bildirilib ki, O, UEFA Gənclər Liqasının Liqa mərhələsinin III turu çərçivəsində noyabrın 26-da keçiriləcək “Srvena Zvezda” (Serbiya) – “Jilina” (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Belqraddakı “Rayko Mitiç” stadionunda təşkil olunacaq.
