...

Soydaşımız “8th WOMEN IN TECH Global Awards” üzrə Regional Qalib elan olunub

Cəmiyyət Materials 25 Noyabr 2025 14:38 (UTC +04:00)
Soydaşımız “8th WOMEN IN TECH Global Awards” üzrə Regional Qalib elan olunub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq “8th “WOMEN IN TECH® Global Awards” müsabiqəsinin qalibləri bilinib. Müsabiqənin son üç ay ərzində aparılan seçim prosesi nəticəsində 52 ölkədən 65 finalçı müəyyən edilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, onların sırasında İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Leyla Bağırzadənin də adı var. O, Mərkəzi Asiya və Qafqaz üzrə Regional Qalib, eləcə də “Woman in Web3” nominasiyası üzrə qlobal finalçı elan edilib.

Fransa Senatında senator Marta de Cidracın təşəbbüsü və təşkilatçılığı ilə müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə soydaşımıza qalib gəlməsi ilə bağlı sertifikat təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti