...

Türkiyədə məhkəmə binasında partlayış: yaralılar var

Dünya xəbərləri Materials 25 Noyabr 2025 17:27 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Şanlıurfa vilayətinin Haliliyə rayon məhkəmə binasında partlayış baş verib.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Hadisə yerinə çox sayda polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları səfərbər olunub. Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

Hadisə Şanlıurfa Məhkəmə binasının əmanətlər şöbəsində yerləşən elektron cihazlardan birinin partlaması nəticəsində baş verib.

Ədliyyə naziri Yılmaz Tunç zərərçəkənlərdən birinin məhkəmə katibi olduğunu və ayağından yaralandığını bildirib.

Faktla bağlı araşdırma başlanılıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti