Bakı. Trend:
İsraildə güclü yağış daşqınlara səbəb olub.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, daşqın nəticəsində əsas yollar bağlanılıb və nəqliyyatda ciddi problemlər yaranıb.
İsrail Yanğınsöndürmə və Xilasetmə Xidməti xeyli sayda sürücünün yollarda qaldığını və yaşayış binalarının yararsız hala düşdüyünü bildirib.
