...

Bakıda TDT üzv və müşahidəçi ölkələri əmək və sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcək

Cəmiyyət Materials 25 Noyabr 2025 16:53 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Gələn ay, dekabrın 5-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə təşkilata üzv olan (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) və müşahidəçi ölkələrin (Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistan) əmək, məşğulluq, sosial müdafiə qurumlarının rəhbər şəxsləri və TDT-nin rəsmilərinin iştirakı nəzərdə tutulub.

Təşkilata üzv və müşahidəçi ölkələr arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək iclasın yekununda Birgə Bəyənnamə imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti